Tanınmış aktrisa “Bolt”dan ŞİKAYƏTLƏNDİ: ”Yığışdırın bu özfəaliyyəti”

media-hightechnic-468x90

“Ay “Bolt”, ya normal çalışın, ya da çalışmayın. Bezdim, yoruldum…”.

Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Könül Yusifqızı “Bolt” taksi xitmətinin fəaliyyətindən şikayətlənərək deyib.

O, sözügedən taksi xidmətinin sürücülərindən də narazılıq edib:

“Taksi “Bolt”, bu kart sistemin ya ləğv edin, ya da normal izah edin ki, taksi sürücüləriniz sərnişini bezdirməsinlər. Taksiyə əyləşən kimi: “Xanım, nağd ödəniş edin, kartı ləğv edin”, – deyirlər.

“Nağd yoxdur”, – deyən kimi kondisioneri söndürür və başlayırlar deyinməyə ki, bezdik, heç benzin pulu da etmir. Ay “Bolt”, ya normal çalışın, ya da çalışmayın. Bezdim, yoruldum.

Sürücülərə treninqlər keçin, sərnişinlə danışıq üslubu öyrədin, iş qaydalarını izah edin, kartla ödənişin faciəli olmadığını söyləyin, kobud danışmasınlar. Bəsdirin, yığışdırın bu özfəaliyyəti. Bu nədir, bu nə fəaliyyətdir, bu nə xidmətdir?”

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600