“Hamısına sahibəm, bir qadına bundan başqa nə lazımdır?”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Arzu Abdulova doğum günü ilə bağlı təəssüratını bölüşərkən deyib.
Aktrisa “İlk hədiyyəni kimdən aldın” sualını da cavablandırıb:
“Özümü tanıdığım gundən bu yana doğum günümdə həmişə qarışıq duyğular içərisində olmuşam. Builki doğum günümdə yaxın rəfiqəmin toyudur. Bayram bayrama qarışıb. İlk hədiyyəni özüm-özümə etdim. Doğum günümdən bir ay əvvəl özümə bahalı avtomobil alıb, özümə hədiyyə etdim. Onu da deyim ki, yaş üstünə yaş gəlsə də, rəqəmlərin mənim üçün əhəmiyyəti yoxdur, özümü hələ də 26 yaşdakı kimi hiss edirəm. Övladım 11-ci sinif şagirdidir, inşəallah, bir neçə aydan sonra tələbə anası olacağam. Bir qadına nə lazımdır? Özü öz ayaqları üstündə kimsəyə möhtac olmadan möhkəm dura bilsin. Sağlam, ağıllı, tərbiyəli, savadlı, övladı olsun. Hamısına sahibəm. Yeni yaşımda özümə sənətdə, nəhayət, layiq olduğum uğuru qazanmaq, öz evimi almaq arzusundayam. Bir də əsas odur ki, həmişə sağlam və belə gənc qalım”.
Cəvahir
www.yenicag.az