“Bilsəm, həyat yoldaşının başqası ilə münasibəti var, bütün günü onu düşünür, onunla nəfəs alır, belə olan halda niyə özümü aşağı tutum?”
Yenicag.az xəbər verir ki, bu sözləri aktrsia Xuraman Əlizadə “Xəbərin var” verilişində deyib.
Aktrisa belə ötəri münasibətlərə görə ailə dağıtmağın əleyhinə olduğunu bildirib. O, yalnız bir halda boşanmağın tərəfdarı olduğunu etiraf edib:
“Əgər həyat yoldaşı evdəki xanımından bezirsə, soyuyursa, kimisə sevir və bütün günü beynində onu düşünürsə, bu başqa məsələ…
Açığı, kişi onunla ailə qurmaq istəyirsə, ona heç nə deyə bilmərəm. Onu buraxaram getsin.
Yəni bilsəm, həyat yoldaşının başqası ilə münasibəti var, bütün günü onu düşünür, onunla nəfəs alır, belə olan halda niyə özümü aşağı tutum?
Deyərəm, get onunla xoşbəxt ol. Amma bir-iki saatlıq mesajlara, bir-iki günlük münasibətə görə görə ailəmi dağıtmaram”.
Nehru
www.yenicag.az