Tanınmış aktrisadan zəlzələdə doğmalarını itirən iki uşaqla bağlı QƏRAR

media-hightechnic-468x90

“İki qız uşağının qoruyucu ailəsi olmaq istəyirəm”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan həmyerlimiz, tanınmış aktrisa Məlahət Abbasova deyib.

O, zəlzələdə doğmalarını itirən uşaqlara ana olmaq istədiyini və bu məqsədlə əlaqədar qurumlara müraciət etdiyini bildirib.

Aktrisa, həmçinin hər kəsi bu müqəddəs addımı atmağa səsləyib:

“Zəlzələdə ailə başçısını, əzizlərini itirən, ailə sevgisinə ehtiyacı olan ən azı iki qız uşağını himayəyə götürmək istəyirəm. Bütün qəlbi gözəl insanlara imkanları daxilində bu humanist addımı atmağa çağırıram. Bu uşağı sevindirmək, bütün dünyanı sevindirmək deməkdir. O uşaqları sevindirmək bizim əlimizdədir”.

O qızı Sudə ilə birgə verdiyi qərarın əlaqədar qurumlar tərəfindən reallaşacağına inandığını bildirib.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05