Tanınmış aktrisanın vurub burnunu sındırdılar
“Adını Feriha koydum” serialı ilə məşhurlaşan Ceyda Ateşin başına iş gəlib.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gecə dostları ilə Kapadokyada yeməyə çıxan Ceydanın burnunu sındırıblar. Məclisdə tanımadığı biri rəqs edərkən aktrisanı zədələyib.
Dostları tərəfindən təcili olaraq xəstəxanaya gətirilən Ceyda əməliyyat olunub. Əməliyyatdan sonra açıqlama verənsənətçi dəhşətli ağrı keçirdiyini söyləyib.
Aktrisa 10 gündən sonra sarğıları açıb iş başına keçəcək.