!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor: "Buna görə özümü bağışlaya bilmirəm"

!Reklam – Yazi

“Hər il sentyabrın 8-i doğum günü olan tanınmış rejissor Hüseynağa Atakişiyevin məzarı üstünə gedib, ziyarət edirdim. Həm də onunla dərdləşirdim. İkinci dəfədir ki, çəkilişdə olduğum üçün onun məzarı üstünə gedə bilmədim. Buna görə özümü bağışlaya bilmirəm”.

Bunu mərhum rejissor Hüseynağa Atakişiyevlə bağlı fikirlərini bölüşərkən tanınmış aktyor Natiq Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

N. Fərzəliyev H.Atakişiyevin gənclərin sənətə gəlişində böyük rol oynadığını bildirib:

“O vaxtlar teatrın qapıları hər yeni gənc aktyorun üzünə asanlıqla açılmazdı. Xüsusilə mənə. Deyirdilər ki, aktyorun boyu hündür olmalıdır. Onu tanısam da risk edib deyə bilmirdim ki, məni işə götürsün. Bir gün özü məni teatra dəvət etdi, dedi bir rol var oynayarsanmı? Sevinclə təklifi qəbul etdim. Kabinetinə çağırıb dedi ki, ərizəni yaz, bu gündən işə qəbul olunursan və sabah teatrın qapılarını üzünə bağlayan adamlar səninlə ikiəlli görüşəcək. Elə oradan da məni restorana aparıb qonaqlıq verdi. Durdum ki, xəlvətcə hesabı ödəyim, qoymadı. Onun gənclərin həyatında rolu çox böyük olub. Onun rəhbərlik etdiyi Azərbaycan Dövlət Gənclər Teatrı çox məşhur idi, təəssüf ki, 20 ildən sonra o teatrı bağladılar. Dostları həmişə o teatra yığılardı. Divarda ona hədiyyə edilən xalçanın üstündəki gözmuncuğunu göstərib həmişə deyirdi ki, teatrın gözmuncuğudur Natiq. Hüseynağa müəllimin Azərbaycan teatr sənətinin inkişafında rolu əvəzsizdir. Bunu danmaq olmaz. Onun səhnəyə qoyduğu tamaşalar həmişə anşlaq olurdu. İnsanlar onun tamaşalarına sevə-sevə baxırdılar. Novator rejissor idi. Həm də sadə bir insan idi. Hüseynağa müəllim hər birimizin yaddaşında işıqlı insan kimi qalıb”.

Cəvahir

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv