!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor: “Hər gün sistem, hər gün iynə-dərman…”

!Reklam – Yazi

“Hər gün sistem, hər gün iynə-dərman… Yenə sağ olsun xəstəxana müayinə-müalicə xərclərini üzərinə götürüb…”

Bunu xəstəliklə mübarizə aparan tanınmış aktyor Allahverdi Yolçuyev Yenicag.az-a açıqlamasında deyib.

O, səhhətində nisbətən irəliləyiş olduğunu bildirib:

“Əllərimin əsməsində cüzi irəliləyiş var, müalicə uzun müddət davam edəcək. Sinirlərim nisbətən sakitləşib. Amma ümumilikdə xəstəlik məndən əl çəkmir”.

Aktyor maddi durumunun ağır olduğunu da deyib:

“Maddi vəziyyət çətindir. Bu barədə danışmağı sevmirəm, çünki mənə ağır gəlir. Amma bəzən insan buna məcbur olur. Teatrdan işdən çıxarılmışam. Kürəkənim, doğmalarım kömək edir. Səhnə fəaliyyətim də yoxdur. İşə getsəydim həm maddi, həm də mənəvi olaraq rahatlıq tapardım. Bilərdim ki, ən azı ayın sonunda maaş alacam, həm də səhnəyə çıxmaqla mənəvi zövqümü təmin edəcəm. Çünki səhnə aktyorun xoşbəxt olduğu yerdir”.

Qeyd edək ki, aktyor bir neçə ildir ki, Parkinson xəstəliyindən əziyyət çəkir. Onun xəstəliyinin çarəsi Türkiyə və Rusiyadadır. Amma müalicə üçün aktyorun maddi imkanı yoxdur.

Cəvahir

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv