Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tanınmış aktyordan Tofiq Yaqublu və Fuad Qəhrəmanlı ilə bağlı prezident İlham Əliyevə MÜRACİƏT

“Tofiq Yaqublu və Fuad Qəhrəmanlı dəfələrlə həbs həyatı yaşayıblar, tutduqları yoldan dönməyiblər, təkrar həbslər onları qorxutmayıb”.

Yenicag.az xəbər verir ki, tanınmış aktyor Rza Rzayev hazırda həbsdə olan siyasətçilər Tofiq Yaqublu və Fuad Qəhrəmanlının əfv olunması xahişi ilə prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Rejissor, aktyor Rza Rzayev tərəfindən

Müraciət

Tofiq Yaqublu və Fuad Qəhrəmanlı ilə siyasi baxışlarım tamam fərqlidir (Siyasətlə praktik olaraq məşğul olmuram, amma siyasi mövqeyim və dəyişməyən sifətim var – mən Əliyevçiyəm).Tofiq Yaqublunu şəxsən tanımasam da , Fuadı və ailəsini yaxından tanıyıram, eyni rayondanıq.

Tofiq Yaqublu və Fuad Qəhrəmanlı dəfələrlə həbs həyatı yaşayıblar, tutduqları yoldan dönməyiblər, təkrar həbslər onları qorxutmayıb.

Tofiq Yaqublu və Fuad Qəhrəmanlı hər şeyə rəğmən tutduqları yoldan dönmürlərsə, liderlərini satmırlarsa, göstərdikləri əzmə, iradəyə görə onlara hörmətlə yanaşmaq lazımdır.

Təkrar həbslər hakimiyyətə müxalif olan qüvvələrin tərəfdarları üçün stimul yaradır, məqsədli olaraq həbs xofu ortadan qaldırılır, təkrar həbslər gizli qüvvələr tərəfindən buna hesablanıb.

Hörmətli və mənim üçün çox dəyərli olan Cənab İlham Əliyev – Siz bu adamları olan və olmayan gunahlarına rəğmən əhv edin, Sizi istənilən rəqibdən və düşməndən qorumağa hazırıq, Sizinlə birlikdə istənilən rəqibə və düşmənə qalib gəlməyə qadirik! İllərdir, hər şeyə rəğmən ən çətin anlarda belə dəyişməyən mövqeyimiz ilə bunu sübut etmişik!

Siz bir daha əqidəsindən dönənlərə, liderini satanlara sübut edin ki, bütün hallarda əqidəsini sona qədər dəyişməyənlərə, liderinə dönük çıxmayanlara – kimliyindən , siyasi baxışından asılı olmayaraq, hörmət edirsiniz. Və Sizə dönük çıxanlar bundan dərs götürsünlər.

P.S. Fuad Qəhrəmanlı və Tofiq Yaqublu kimi yolundan dönməyən, liderini satmayan neçə nazir və məmur tanıyırsınız?

Adi bir şilləyə görə yerində Cənab İlham Əliyevi sata biləcək yüz minlərlə “hakimiyyət tərəfdarları”, məmurlar toplusu Tofiq Yaqublunun və Fuad Qəhrəmanlının dönməzliyindən nümunə götürsələr, yaxşı olar”.

www.yenicag.az

162