Tanınmış aktyorun NAZİRDƏN GÖZLƏNTİSİ: “İnanıram ki, kömək edəcək”
“Mədəniyyət naziri Adil Kərimliyə inanıram, yəqin ki, o, mənə mütləq kömək edəcək”.
Bunu Yenicag.az-a açılamasında uzun müddətdir ki, teatrdan uzaq düşən tanınmış aktyor Allahverdi Yolçuyev deyib.
Hazırda incəsənət məktəblərinin birində dərs deyən aktyorun ən böyük arzusu həm də səhnədə yeni obrazlara həyat verməkdir. O, mədəniyyət mazirinin ona dəstək olacağına çox inanır:
“Aktyor üçün rolun böyük, ya kiçik olmasının fərqi yoxdur, hamısı gözəldir. Təki səviyyəli ssenarilər, pyeslər yazılsın, təki məni də dəvət etsinlər, oynayım. Aktyor üçün səhnədə olmaqdan gözəl nə ola bilər?! Həmişə “Kral Lir”i oynamağı arzulamışam. Amma təəssüflər olsun ki, hələ bu arzum reallaşmayıb. Allah fürsət yaradar, qismət olsa, mən də oynayaram. Aktyorun ən böyük arzusu səhnədə oynamaqdır. Mədəniyyət nazirinə inanıram, yəqin ki, o, mənə mütləq kömək edəcək. Təqaüdə çıxmışam, heç olmasa, teatrların birində tamaşalarda oynaya bilsəydim, yaxşı olardı”.
Cəvahir