Tanınmış alim aclıq aksiyasına başladı

media-hightechnic-468x90

Tanınmış alim, Təhsil İnstitutunun Əlavə təhsilin məzmunu şöbəsinin keçmiş müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova aclıq aksiyasına başlayıb.

Yenicag.az xəbər verir ki, alim bu barədə sosial media hesabında məlumat yayıb.

Könül Nəhmətova ailəsinə qarşı edilən haqsızlıqlara etiraz olaraq aclıq elan etməklə yanaşı, müalicəsini də dayandırdığını bildirib.

“Heç bir tövsiyənin xeyri yoxdur. Bir ildir, mən bu nadürüstlüklə mübarizə aparıram. Yoruldum. Bitsin artıq”, – deyə o bildirib.

Alim həmçinin elm və təhsil naziri Emin Əmrullayevə qarşı ittihamlar səslndirərək onun təhsili məhv etdiyini vurğulayıb.

Qeyd edək ki, Könül Nəhmətova həyat yoldaşının şərlənərək həbs edildiyini iddia edib.

Onu da bildirək ki, alimin səhhətində ciddi problemlər var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600