!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı Damlanı efirdə biabır etdi - VİDEO

!Reklam – Yazi

Tanınmış aparıcı Şəbnəm Turan efirdə müğənni Damlanın ünvanına sərt ifadələr səsləndirib.

Yenicag.az xəbər verir ki, aparıcı Space telekanalında yayımlanan “Nahara qədər” verilişində müğənni Damlanı biabır edib:

“Ad çəkib, sizi sevindirməyəcəm, ay sonradan görüb, bar verdikcə bir az da ucalmaq istəyənlər. Bu verilişə gələn qonaqlar sizdən əskik deyil, əksinə sizdən çox-çox yüksək insanlardır. Bir az təkəbbürünüzü, ulduz xəstəliyinizi kənara yoyun, tez xəstələnərsiniz, yazıqsız. Siz okeanda “damlacıqsınız”. Yəqin ki, bildiniz söz kimə aiddir. O xanım dəfələrlə telefon zənglərimizə etinasız yanaşıb. Başqa kanallarda söyülür, alçalır, amma yenə də həmin karallara gedir. Getməkdə də davam etsin”.

Saytımıza açıqlama verən Şəbnəm Turan baş verənlərə münasibətini bir kəlmə ilə əsaslandırıb:

“Mən sözü atmışam, yiyəsi götürüb”.

Qeyd edək ki, aparıcı bu sözləri Damlaya ünvanlayıb. Əldə etdiyimiz məlumata görə, dəfələrlə dəvət alan müğənni verilişə gəlməkdən imtina edib.

Bildirək ki, verilişin informasiya dəstəkçisi Yenicag.az saytıdır.

Cəvahir

www.yenicag.az

7913
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv