“Tamaşaçı həmin vaxt məni məhv etdi”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib.
O, “Günaydın Azərbaycan” verilişini tamaşaçıların istəyi ilə yenidən efirdə yayımlanmasının səbəbini açıqlayıb:
“Vaxtımı daha çox “Səni axtarıram” və uşaqlarıma ayıraq istəyirdim. Bu verilişi tamaşaçıların çoxsaylı istəyi ilə hazırladım. Hara gedirdimsə, tamaşaçılar deyirdilər ki, verilişi görmək istəyirik. Hər kəs bilir ki, mən verilişdə yalnız səviyyəli musiqiçiləri dəvət edirəm və burada səviyyəli musiqi təqdim olunur”.
“Bir-iki dəfə olub, Doğuşun istəyi ilə verilişə bəzi müğənnilər dəvət olunublar, amma tamaşaçı həmin vaxt məni məhv etdi. Etiraz etdilər həmin müğənnilərə. Hansı ki, başqa kanallarda həmin mahnıları dinləyirlər, amma mən verəndə deyirlər olmaz. Həmin müğənniləri verilişimdə olmağına icazə vermirlər”.
Nehru
www.yenicag.az