!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcıdan REAKSİYA: “Allah qaldıranı bəndə yıxa bilməz”

!Reklam – Yazi

“Bilmirəm, yaxşıdır, ya pis, amma mənə olan pislikləri tez unuduram”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Günay Firudinqızı deyib.

Həyatında yaxşı, ya da pis, baş verən bütün hadisələri qismətə bağlayan aparıcı insanlara da fərqli münasibəti olduğunu bildirib:

“Həyat getdikcə insanı öyrədir, ya nədəndirsə, həyatımda baş verən yaxşı, ya pis nə varsa, insanlarla əlaqələndirmirəm, qismətə bağlayıram. Fikirləşirəm ki, əgər Allah bunu nəsib etsəydi, insanlar nəkarə idi qarşımı kəsə, badalaq vura, yaxud da nəyəsə imkan verməyə. Çünki Quranda da ayə var ki, Allahın izni olmadan bir yarpaq da düşməz. Həyatda hər şeyi qismət və alın yazısı ilə əlaqələndirirəm. Düşünürəm ki, əgər Allah nəyisə nəsib etsəydi, neməti idi, etməyibsə, demək ki, hikmətidir.

Əslində, pis insan da yoxdur, onları o vəziyyətə gətirib çıxaranlar olub. Hətta pis insan belə, mənə nəsə pislik edirsə, özü də istəmədən mənə yaxşılıq etmiş olur. Çünki hər işdə bir xeyir var. Baxırsan ki, o mənə bu pisliyi etdi, amma əsllində bu, mənim üçün xeyir imiş. Bəzi insanlar olur, onlara baxıram və düşünürəm ki, necə zavallıdırlar, həyatı dərk etmirlər. Həyatı bu cür dərk edirəm, insanları və onların etdiklərini boş verirəm və bəzi reaksiyalara da gülüb keçirəm. Allah qaldıranı bəndə yıxa bilməz”.

Cəvahir

COP29

www.yenicag.az

1069
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv