Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: “O musiqimizdə abır-həya vardı”

media-hightechnic-468x90

“O musiqidə hər şey vardı: mədəniyyət, zövq, insanlıq, abır-həya, bir-birinə münasibət”.

Bu sözləri tanınmış bəstəkar İmruzə Hüsyenova 18 sentyabr – Milli Musiqi Günü ilə bağlı fikirlərini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

Bəstəkar musiqimizin acınacaqlı durumda olmasından şikayətlənib:

“Azərbaycan musiqisi mədəniyyətin bir qolu olub həmişə. İstər xalq musiqisi, istərsə də ayrı-ayrı bəstəkarlar tərəfindən yazılan musiqimiz. Bizim nəsil əsrlər boyu könül oxşayan musiqilərlə böyüyüb. O musiqidə hər şey vardı: mədəniyyət, zövq, insanlıq, abır-həya, bir-birinə münasibət. İndi nə baş verir? Bir sıra özünü müğənni sayanlar tərəfindən ifa olunan hər nə isə – ondan qulaq ağrıyır. Azərbaycan musiqisi bu deyil. Üzdəniraq qonşularımızın da zövqü yaxşı olub, musiqilərimizi oğurlayıb, özəlləşdiriblər. Hazırda isə oğurlamalı bir şey yoxdur, bəlkə də belə yaxşıdır…”

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa