Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Rauf Əliyev bu dəqiqələrdə dünyasını dəyişib.
Bu barədə Yenicag.az-a Rejissorlar Gildiyasının direktoru Şahirə Tacəddin məlumat verib:
“Noyabrda yubiley konserti olacaqdı, əcəl aman vermədi. Qəfil ölümü ilə hamımızı sarsıtdı. On gün idi ki, infarkt keçirtmişdi. Həkimlərin ümidi yox idi. Üç gün idi ki, evə gətirmişdilər. Bu dəqiqələrdə keçinib”.
Qeyd edək ki, R. Əliyev uzun illər Kinostudiyanın musiqi rəhbəri vəzifəsində çalışıb. Məşhur “Yalan”, “Fəryad”, “Azərbaycan haqqında həqiqət”, “Kənar adamlar”, “Qara Volqa”, “Vahimə” kinofilmlərinə musiqi yazıb. 10-a yaxın mahnının müəllifidir.
Allah rəhmət eləsin!
Cəvahir