Tanınmış din xadimi vəfat etdi

media-hightechnic-468x90

14138943535129939562_600x400Oktyabrın 21-də tanınmış din xadimi, İran İslam Respublikasının Xübrəqan (Ali Dini Şura) Məclisinin sədri Ayətullah Məhəmmədrza Məhdəvi Kəni 83 yaşında ürək tutmasından vəfat edib.

Bununla əlaqədar İranda iki günlük matəm elan olunub.

Ayətullah Məhəmmədrza Məhdəvi Kəni İran İslam İnqilabından sonra ölkədə bir sıra yüksək vəzifələrdə çalışıb. O, 2011-ci ildə Əli Əkbər Haşimi Rəfsəncaninin Xübrəqan Məclisinin sədrliyindən istefa verdikdən sonra bu vəzifəyə seçilmişdi.

Xübrəqan Məclisi İranın mühüm hakimiyyət orqanlarından biridir. Bu qurumun səlahiyyətlərinə İranın Ali Rəhbərinin fəaliyyətinə nəzarət etmək, Ali Rəhbəri seçmək və onu vəzifədən uzaqlaşdırmaq daxildir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600