!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış jurnalist vəfat etdi – FOTO

!Reklam – Yazi

Türkiyənin tanınmış jurnalisti Osman Saffet Arolat bu gün səhər saatlarında dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Bazar günü, oktyabrın 22-dən etibarən Qoç Universiteti Xəstəxanasında müalicə alan Arolatın vəziyyəti gecə saat 04:30 radələrində pisləşib. Bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyən Arolat 80 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, ibtidai və orta təhsilini Ankarada başa vuran Osman Saffet Arolat İstanbul Universitetinin İqtisadiyyat fakültəsi və Jurnalistika İnstitutunu bitirib. Universitet illərində gənclər hərəkatlarında iştirak edib. 1962-ci ildə Ankarada “Öncü” qəzetində həvəskar jurnalist kimi fəaliyyətə başlayıb. Bir müddət ANT jurnalının baş redaktoru vəzifəsində çalışıb. O, uzun illər xəbər agentliyi, xarici radio müxbiri və televiziya aparıcısı kimi fəaliyyət görtərib.

Yazılarına görə mühakimə olunaraq həbs edilib.

O, xatirələrini “Mənim əzəmətli porte xatirələrim və bir gənc liderin xatirələri” adlı kitab silsiləsində toplayıb./News24.az

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv