Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Tanınmış müğənni: “Ən böyük arzum Şuşada toyda oxumaqdır”

“Bu qadağanın aradan qaldırılmasına təkcə sənət adamları sevinmir. Mebel, qızıl, paltar və digər mağazalarda, gözəllik salonları, eləcə də taksilərdə, sadlıq evlərində çalışanlar, ofisiant, foto, video işləri ilə məşğul olanların hamısı sevinir. Çünki onların çörəyi buradan çıxır”.

Yenicag.az-a açıqlamasında tanınmış müğənni Əflatun Qubavov bir ildən çoxdur ki, toyların keçirilməsinə qoyulan qadağanın aradan qaldırılması və iyulun 1-dən toy məclislərinin keçiriləcəyi xəbərinə münasibət bildirərkən belə deyib.

Sənətçi ən böyük arzusunu da dilə gətirib:

“Hamı kimi mən də bu xəbəri sevinclə qarşıladım. Atalar düz deyib ki, pis günün ömrü az olar. Əlbətdə əzəl gündən sənət adamlarının əksəriyyətinin gəlir yeri toylar olub. Sağ olsunlar ki, artıq bu qadağa götürüldü və əksər insanların dolanışıq yeri olan toyların keçirilməsinə icazə verildi.

Elə insanlarımız da sevinir. Çünki xalqımızın toy kimi gözəl adəti var, qoy, toylar başlasın, övladlar ailə qursun, xoşbəxtliyə qovuşub, oğlu-uşaq sahibi olsunlar.

Allah şəhidlərimizə də rəhmət eləsin, şəhid ailələrinə səbr, qazilərimizə can sağlığı versin. Pandemiyanın çətinliyi oldu amma bu dövrdə Qarabağımız qayıtdı min şükür. Qarabağda toylarda görüşək inşallah. Ən böyük arzum da elə Şuşada toyda oxumaqdır”.

Cəvahir

www.yenicag.az

617
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100