!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış rejissor: “Azərbaycanda dövlətdən başqa müharibə mövzusunda filmlərə kim pul ayıracaq?”

!Reklam – Yazi

“Bu işi görmək də ayrı-ayrı prodakşnların və rejissorların işi deyil. Müharibə mövzusunda mükəmməl filmlərin çəkilməsi üçün lazımi qədər vəsait lazımdır. Bu iş də Mədəniyyət Nazirliyi tərəfindən tənzimlənməlidir”

Bunu “Qarabağ müharibəsi barədə niyə filmlər çəkilmir?” – sualını cavablandırarkən tanınmış rejissor Tahir Tahiroviç Yenicag.az-a açıqlamasında deyib.

Rejissor belə filmlərin çəkilməməsinin səbəblərini izah edib. O, xarici ölkə kinematoqrafçıları ilə müqayisə də aparıb:

“Azərbaycanda kinoya ən çox vəsait dövlət tərəfindən ayrılır. Mədəniyyət Nazirliyinin Azərbaycan kinosuna ayırdığı büdcə var və onlar bu işi görməyə borcludurlar. Ortaya çıxarılası mükəmməl filmin ərsəyə gəlməsi üçün yaxşı maliyyə lazımdır. Söz yox ki, 2-3-4-5 obrazla da gözəl film çəkmək mümkündür, hansı ki, tamaşaçı artıq orada Xocalı faciəsini, eyni zamanda, ümumən müharibəni hiss edə bilsin. Bu, dünya praktikasında da var. Müstəqil kino şirkətləri və rejissorları təbii ki, “Mütləq belə bir filmlər çəkməlisiz”, – deyə məcbur etmək olmaz. Onlar maliyyə vəsaitinin olmamasını əsas gətirə bilər. Azərbaycan kinosunda maliyyə problemi var. Əgər hər hansı bir xarici ölkə öz faciəsi və müharibə mövzusunda filmlər çəkirsə, o filmlərə biznesmenlər, müstəqil iş adamları maliyyə ayırır. Amma Azərbaycanda dövlətdən başqa kim müharibə mövzusunda çəkilən filmlərə pul ayıracaq? Bir dənə elə film varsa, adını deyin ikincini də mən deyim”.

Cəvahir

COP29

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv