!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış səyyah Operativ Qərargahı məsxərəyə qoydu: "Buraların səhiyyəsini düzəltmişdik, indi oraların..."

!Reklam – Yazi

“Bu gün “Dəniz Mall”a getdim, gördüyüm insanların 99%-i çənələrinə rəngləri məhz maskalarla qatırdılar. O bir faiz də vahimədən hələ də qurtula bilməyənlərdir, kimi pandemiya vahiməsindən, kimi cərimə vahiməsindən”.

Yenicag.az xəbər verir ki, bunu tanınmış səyyah Azər Qərib tətbiq edilən maska rejimi və uçuşlarda koronavirus testi tələbinə etiraz olaraq bildirib.

Azər Qərib bildirib ki, aidiyyatı qurumlar insanların narazılıqlarına əhəmiyyət vermir:

“Bu nə deməkdir? Bu o deməkdir ki, Operativ Qərargahın tədbiq etdiyi qaydaya artıq az insan əməl edir.

Bəs bu halda OQ nə etməli? İki yolu var, ya həmin qaydanı ləğv etməli, ya da bütün “Mall”lara, hotellərə, digər qapalı məkanlara snayperləri yerləşdirib maska taxmayanları şarappıltıyla vurmalıdır. Part! Vəssalam.

Çünki əgər hər hansı bir qərara əməl edilmirsə, bu, qərarı çıxaran qurumun diskreditasiyası deməkdir, nüfuzuna zərbə deməkdir.

Sosial şəbəkələrdə, mediada maska və test rejiminə qarşı çıxışlar çoxalır, amm çifayda.

Hələ də xaricdə test verməmiş evə dönə bilmirik, buraların səhiyyəsini düzəltmişdik, indi oraların səhiyyəsini maliyyələşdiririk, kişi deyilik bəgəm.

Bəs OQ nəyə görə bizi eşitmir? Üç variant ola bilər:

1. OQ-nin dünyadan xəbəri yoxdur;
2. OQ-nin “operativ” sözünün mənasından xəbəri yoxdur;
3. “Prosta” “axot” yoxdur…”

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv