Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Tanınmış yazıçı doğum günündə Allaha yalvardı: “Canımı qurtar”

Tanınmış yazıçı Vidadi Babanlının doğum günüdür. Yazıçı 91 yaşını yorğan-döşəkdə qarşılayıb.

Yenicag.az-a açıqlama verən V. Babanlı kövrəlib:

“Sağ olsunlar, qohum-qardaş, uşaqlar başıma yığışıb təbrik etdilər. 91 yaşım olur. Mənim üçün adi doğum günlərindən biridir. Keçən il yubileyim idi, eloğlularım yığışıb, yaxşı bir məclis təşkil etdilər. Bu gün isə yorğan-döşəkdəyəm, nə doğum günü? Canımla əlləşirəm, yeriyə bilmirəm. Dəmir hasa ilə evdə gəzmək yazıçı üçün çox çətindir. Daha gözlərim də görmür.

Yazıçı Allahdan ən böyük arzusunu da dilə gətirdi:

“Allaha yalvarıram ki, bu dəmir hasalardan canımı qurtar. Sağlamlıq istəyirəm. Bu yaşımda da yazıb-yaratmaq arzusundayam”.

Cəvahir

www.yenicag.az

1909
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM