Tanışı 31 yaşlı kişini küçədə bıçaqladı - Bakıda

media-hightechnic-468x90

Bakı sakini tanışını bıçaqlayıb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda baş verib.

Həmin ərazidə yaşayan, 1988-ci il təvəllüdlü Sabir Məmmədov tanışı 1989-cu il təvəllüdlü Elşən İbrahimovla mübahisə edib. Mübahisə davaya çevrilib və S.Məmmədov E.İbrahimovu bıçaqlayıb. Yaralı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600