Tankçılarımız “Beynəlxalq Ordu Oyunları – 2021” yarışında

media-hightechnic-468x90

Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin növbəti mərhələsində uğurla iştirak ediblər.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, “Fərdi sürmə” mərhələsində güclərini sınayan komandamızın növbəti tank heyəti də uğurla çıxış edib.

Müsabiqənin şərtlərinə uyğun olaraq bu mərhələ üzrə müxtəlif manevrlərlə hədəfləri məhv edən tankçılarımız qrupda ikinci yerdə qərarlaşıb.

Belarusiya birinci, Serbiya üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600