Tapdığı mərmini kəsdi: Partlayışdan öldü

media-hightechnic-468x90

imagesSumqayıtda tapdığı mərmini laqunda ilə kəsən şəxs partlayış nəticəsində ölüb.

Hadisə Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, avqustun 12-də saat 13 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş verib. Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və orada ölüb.

Həyətdə olan “Tavriya” markalı avtomobil isə yanıb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa