“Tapdım, mənimdir” deməyin, məsuliyyəti var! – Sahibsiz əşya ilə bağlı QANUNİ QAYDALAR

media-hightechnic-468x90

Son zamanlar yerdən tapılan qiymətli əşyalarla bağlı vətəndaşların hüquqi məsuliyyəti və haqları ictimaiyyəti maraqlandıran əsas mövzulardan birinə çevrilib.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, hər hansı vətəndaş tərəfindən əşya və ya qiymətli əmlak tapıldıqda, Mülki Məcəllənin 186-cı maddəsinin tələbləri tətbiq olunur.

media-1735461421img-20241229-wa0100

Hüquqşünas qeyd edib ki, tapılan əşya barədə gizli fəaliyyət göstərmək məsuliyyət yarada bilər:

“Vətəndaş yerdən hər hansı əşya tapdıqda ilk növbədə bu barədə mütləq şəkildə ərazi üzrə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Tapıntı təqdim edildikdən sonra polis orqanları tərəfindən müvafiq araşdırma və prosedurlar başlanılır”.

Ramil Süleymanovun sözlərinə görə, tapılan əmlakın tapan şəxsə keçməsi mümkündür:

“Tapıntı hüquq-mühafizə orqanlarına təqdim edildiyi gündən etibarən bir il müddətində əşyanın sahibi müəyyən edilməzsə, tapan şəxsin razılığı ilə həmin əmlak onun mülkiyyətinə verilə bilər. Əgər vətəndaş bu əmlakı qəbul etmək istəməzsə, imtina ərizəsi yazmalıdır. Bu halda əmlak dövlət tərəfindən açıq hərraca çıxarılaraq satılır”.

Ekspert həmçinin vətəndaşların maddi mükafat hüququna da toxunub:

“Əgər hüquq-mühafizə orqanları tapılmış əşyanın sahibini müəyyən edərsə, tapıntını tapan şəxs əşyanın dəyərinin 5 faizi həcmində bəxşiş tələb etmək hüququna malikdir”.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa