Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək 

media-hightechnic-468x90

Tayvan Silahlı Qüvvələri ada yaxınlığında Çin hərbi təlimlərinə cavab olaraq avqustun 9-u və 11-də canlı artilleriya atəşi ilə hərbi manevrlər keçirəcək.

Yenicag.az xəbər verir ki, yerli təlimlərdə özüyeriyən haubitsalardan və minaatanlardan atəş açılacaq.

Bu arada, Çin Xalq Azadlıq Ordusunun komandanlığı bölgədəki hərbi təlimlərin müddətini uzadıb. Manevrlərin mütəmadi şəkil alacağı bildirilib.

Qeyd edək ki, bir gün əvvəl, avqustun 6-da genişmiqyaslı təlimlər fonunda ÇXR-in Tayvana 20 təyyarə göndərdiyi bildirilib. Onlardan 14-ü Tayvan boğazındakı bölücü xətti keçib. Bu xətt Pekin və Taypeyin nəzarəti altında olan zonaları ayırır.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600