Ukrayna Rusiyanın neft bazasını vurdu
Ukrayna müdafiə qüvvələri yanvarın 23-də Rusiyanın Penza vilayətindəki “Penzanefteprodukt” neft bazasını vurub.
Bu barədə Yenicag.az Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalına istinadən xəbər verir.
“Düşmənin hücum imkanlarının, hərbi-iqtisadi potensialının sistemli və planlı şəkildə azaldılması çərçivəsində Rusiyanın Penza vilayətindəki “Penzanefteprodukt” neft bazası vurulub”, – məlumatda bildirilib.
Qeyd olunub ki, obyektdə yanğın baş verib, dəyən ziyanın miqyası dəqiqləşdirilir.
“Həmçinin müvəqqəti işğal olunmuş Krım ərazisində, Frunze yaşayış məntəqəsi yaxınlığında yerləşən “Podlet” radiolokasiya stansiyasının vurulması təsdiqlənib. Bundan əlavə, müvəqqəti işğal olunmuş Donetsk vilayəti və Belqorod vilayəti ərazilərində Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi ərazi vurulub. İtkilər dəqiqləşdirilir”, – xəbərdə qeyd olunub./Report/












