TBMM sədri Heydər Əliyevin məzarını ziyarət etdi

media-hightechnic-468x90

Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 19-da Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Yenicag.az xəbər  verir ki, nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyinin memarı Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil qoyublar. Sonra qonaqlar görkəmli oftalmoloq, alim Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək məzarının önünə gül dəstələri düzüb.

Mustafa Şəntop görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını da ziyarət edib.

Sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Mustafa Şəntopa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Türkiyə parlamentinin sədri, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub.

Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzən Mustafa Şəntop xatirə kitabına ürək sözlərini yazıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa