TƏBİB-in elektron sistemi ÇÖKDÜ: Tibb müəssisələrində XAOS – YENİLƏNDİ

media-hightechnic-468x90

26.08.2025-ci il tarixində səhər saatlarında “e-Tabib” proqram təminatında normadan artıq yüklənmə səbəbindən texniki nasazlıq yaranıb və nəticədə bir sıra tibb müəssisələrində elektron qeydiyyat sistemində qısamüddətli fasilələr müşahidə olunub.

Qısa zaman ərzində texniki problem aradan qaldırılıb və hazırda sistem tam fəaliyyətini bərpa edib.

Xatırladaq ki, qeydiyyat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə tibb müəssisələri tərəfindən müvafiq prosedurlar alternativ qaydada icra olunur və texniki problem həll edildikdən sonra məlumatlar elektron sistemdə əks etdirilir.

Hazırda elektron qeydiyyat sistemi stabil şəkildə fəaliyyət göstərir.

12:42

Azərbaycanda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elektron sistemi çökməsi səbəbindən respublikanın bütün dövlət xəstəxana və poliklinikalarında ciddi sıxlıq və ajiotaj yaşanır.

Yenicag.az-ın məlumatına görə, sistemin çöküşü nəticəsində xəstəxanalarda qeydiyyat və digər xidmətlər elektron qaydada həyata keçirilə bilmədiyindən, xəstələr uzun növbələrdə gözləməyə məcbur qalır. Dövlət tibb müəssisələrində işlərin əsasən elektronlaşması səbəbindən hazırda heç bir əməliyyat aparmaq mümkün deyil.

Nəticədə, növbəyə düşmək, analiz vermək, analizin cavabını almaq, habelə həkim qəbulu üçün qeydiyyata düşmək kimi xidmətlərdə çətinliklər yaranıb və bu da xəstəxanalar və poliklinikalarda sıxlıqla müşahidə olunur.

Məlumat üçün bildirək ki, TƏBİB-in sistemi ilk dəfə deyil ki, çökməkdədir və belə hallar tez-tez təkrarlanır.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa