!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təbii fəlakətə hazırlıq: Zəlzələ zamanı nə edilməlidir? - Ekspert izah edir

!Reklam – Yazi

Türkiyədə və dünyanın bir sıra ölkələrində baş verən zəlzələlər təhlükəsizliklə bağlı məsələnin aktuallaşmasına səbəb olub. Əksər insanlar isə yeraltı təkan zamanı öz təhlükəsizliklərini necə təmin etmək barədə məlumatsızdırlar.

Mövzu ilə bağlı Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, zəlzələ anında çöldə olan insan reklam lövhələri və binalardan maksimum uzaq dayanmalıdır:

“Təbiət hadisələrindən heç kim sığortalanmasa da, insanlar öncəliklə bu cür hadisələrə psixoloji və bilgi baxımdan hazırlıqlı olmalıdırlar. Qabaqlayıcı tədbirlər vasitəsilə baş verən hadisədən minimal zərərlə qurtulmaq olar.

Birincisi, hadisə baş verməyənə qədərki müddətdə tədbirlər planı olmalıdır. İkincisi, hadisə vaxtı davranış qaydaları öyrənilməlidir. Üçüncüsü isə hadisə baş verdikdən sonra yaranan vəziyyətlə bağlı atılan addımlardır.

Coğrafi mövqeyindən asılı olmayaraq, hər bir ərazinin təhlükəsizlik konsepsiyası olmalı və o ərazidə yaşayan insanlar praktik və bilgi olaraq təhlükəsizlik qaydaları ilə bağlı maarrifləndirilməlidir. Hər kəsin evində təhlükəsizlik çantası olmalıdır. Bu çantanın içinə vacib sənədlər, bir neçə günlük qida ehtiyatı, tibbi yardım üçün ləvazimatlar, fənər və fit qoymaq lazımdır. Çünki əksər insanlar hadisə zamanı öncəliklə sənədlərini axtarmağa çalışır və dağıntılar altında qalır. Bundan başqa, hadisə zamanı hər kəs evin içində özünə təhlükəsiz yer müəyyənləşdirməlidir. Bütün evlərin tikintisində ən möhkəm yerlər daxili qapıların arakəsməsi və pəncərə kənarlarıdır. Tikinti normalarına görə, beton qatları həmin yerlərdən keçir”.

Gülşən Şərif

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv