Təbrizin məşhur Şah gölü parkı dağıdılır
Təbrizin şərqində yerləşən məşhur tarixi Şah gölü (El gölü) parkında polis bölməsinin tikintisinə qərar verilib.
Yenicag.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Təbriz Şəhər Şurası bu gün keçirdiyi iclasda məsələni təsdiq edib və bağ ərazisinin 1000 kvadrat metrini polis bölməsinin inşası üçün ayrıldığını bildirib.
Qeyd edək ki, 2024-cü ildə də oxşar hadisə Təbrizin mərkəzində yerləşən tarixi Gülüstan bağında da baş vermişdi. Orada da polis bölməsinin tikintisi üçün parkın 1000 kvadrat metr ərazisindəki ağaclar kəsilib, yaşıllıq zolağı məhv edilib.