!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təcili yardım qəzaya düşdü: xəstə öldü

!Reklam – Yazi

Şabranda təcili tibbi yardım avtomobili qəzaya düşüb, ölən var.

Yenicag.az Report-a istinadən xəbər verir ki, çağırış ünvanından qayıdarkən hərəkətdə olan təcili tibbi yardım avtomobili VAZ-2107 markalı minik maşını ilə toqquşub.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda təcili tibbi yardım avtomobilinin içərisində olan infarktı diaqnozu ilə xəstəxanaya aparılan 1955-ci il təvəllüdlü Rəfi Hüsi oğlu Məmmədov hadisə yerindəcə ölüb.

İlkin ehtimala görə, qəzaya səbəb VAZ-2107 markalı maşınının sürət həddini aşması olub.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv