Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tədris ilinin müddəti ilə bağlı rəsmi AÇIQLAMA

Təhsil nazirinin müavini İdris İsayev karantin rejimi ilə əlaqədar tədris ilinin müddətinin uzadılıb-uzadılmayacağı məsələsinə münasibət bildirib.

Yenicag.az-ın məlumatına görə, İdris İsayev qeyd edib ki, karantin dövründə təhsil proqramları üzrə teledərslər keçirilir:

“Biz karantin rejimi bitdikdən sonra vəziyyəti öyrənmək üçün qiymətləndirmə aparacağıq. Əgər görsək ki, bu tədris ilinin müddətinin artırılmasına həqiqətən də zərurət var, onda bu qərarı qəbul edəcəyik. Yaxud görsək ki, belə bir zərurət yoxdur, şagirdlərimiz təhsil proqramlarını müəyyən səviyyədə mənimsəyiblər, onda biz tədris ilinin müddətinin uzadılması məsələsinə baxmayacağıq”.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın əvvəlindən ölkənin bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb.

www.yenicag.az

3712