Təhlükəsizlik əməkdaşının diqqəti terrorçunu ortaya çıxardı – Türkiyədə PKK üzvü belə saxlanıldı

media-hightechnic-468x90

Türkiyənin Muğla bölgəsinin Menteşe rayonundakı avtovağzala gələn qadın təhlükəsizlik əməkdaşına qadın sığınacağında qalmaq istədiyini deyib. Əməkdaş onu avtovağzalda polisə yönləndirib.

Yenicag.az xəbər verir ki, 19 yaşlı qadın telefondan istifadə edərkən polislər terror təşkilatının təşkilati fotolarını görüblər.

Muğla Polis İdarəsi ilə əlaqə saxladıqdan sonra avtovağzala terrorla mübarizə qrupları sövq edilib.

Tələbə olduğu müəyyən edilən qadın prokurorluğun göstərişi ilə “terror təşkilatına üzv olmaq” ittihamı ilə saxlanılıb. Onun telefonu da müayinə üçün götürülüb.

İddialara görə, qadın ifadəsində təşkilata üzv olmaq üçün Vana getməyə çalışdığını bildirib.

Faktla bağlı araşdırmalar davam edir.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600