!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehran-Bakı arasındakı münasibətlərin inkişaf perspektivləri: “İranı Qarabağda bu işlərə cəlb etmək olar”

!Reklam – Yazi

“İranla Azərbaycan arasında energetika, qaz ixracı, elm, tikinti, səhiyyə sahəsində əməkdaşlıq etmək şansları var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında İranla Azərbaycan arasındakı inkişaf prespektivlərini şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, iki ölkə arasında əlaqələr artıq inkişaf mərhələsinə qədəm qoyub.

“Araz çayı üzərindəki su bəndinin tikilməsi üçün işlək mexanizm yarana bilər və işləyəcək. Azərbaycan tərəfi ya İran tərəfinin məsrəfi ödəyəcək, ya da nağd pulunu verib, su və elektrik enerjisindən istifadə edəcək. İranla Azərbaycan arasında “Şimal-Cənub” dəmir yolu layihəsi var. Bu, İrandan asılıdır. İran tərəfi süründürməçilik edir. Uzun müddətdir ki, İran Rəşt-Astara yolunu çəkmir. O yol çəkilsə, Sankt-Peterburqdan çıxan qatar Fars körfəsinə gedib çatacaq. Bu həm İrana, Azərbaycana və Rusiyaya müəyyən gəlir gətirəcək”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, münasibətlərin yaranması, bu cür layihələr tərəflər arasında əməkdaşlığı gücləndirir, bu isə təhlükəsizlik baxımdan hər üç ölkəyə xeyirdir:

“İranla Azərbaycan arasında energetika, qaz ixracı, elmi, tikinti, səhiyyə sahəsində əməkdaşlıq etmək şansları var. İran-İraq müharibəsindən sonra İranda xeyli sayda şirkətlər yarandı və onlar minatəmizləmə sahəsində peşəkarlaşdı. Hazırda İranda 60 minatəmizləmə şirkəti mövcuddur. Qarabağın minadan təmizlənməsində İran şirkətlərini də cəlb etmək olar.

İranla Azərbaycan arasında düşmənçilik münasibəti heç bir tərəfə xeyir etmir. Ona görə də, hər iki ölkə arasında əlaqələrin yaranması, inkişafı dövlətlərin özünə də ciddi xeyir verəcək”.

Səxavət Məmməd

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv