“Tehranda ABŞ səfirliyinin açılacağına heç şübhəniz olmasın”

media-hightechnic-468x90

zahid_oric_esasAmerikalılar Stalinin “Düşməni öldürmək üçün onu bərk-bərk bağrına basmaq lazımdır” nəsihətindən görünür, yaxşı nəticə çıxarıblar. Axı Kremlin keçmiş rəhbərini Hitlerlə əvvəlcə müttəfiq olmağa sövq edən səbəblər bu gün tam miqyası ilə Amerika-İran müttəfiqliyində özünü təcəssüm etdirir”.

Yenicag.az azadinform-a istinadən xəbər verir ki,  bunu millət vəkili Zahid Oruc deyib.
O qeyd edib ki, hətta, Moskvaya gələn Ribbentrop özünü burda “doğma evində və keçmiş yoldaşları arasında olduğu kimi” hiss etdiyini söyləyirmiş: “İranın Ağ Evdə simpatizanları olmasa da günün birində Tehranda Birləşmiş Ştatların səfirliyinin açılacağına heç şübhəniz olmasın. Bu isə artıq müharibənin yeni səhifəsi demək olacaq.
İndi İran sitayiş etdiyi müqəddəs Quranın, zənginləşdirdiyi uranın və bəşəriyyəti fiziki deyil, mənəvi məhv edən yeni kütləvi qırğın silahlarının – facebookun, twitterin, hər yerdə elektron casus qurğularına çevrilmiş və sanki Allahın ekranından insanlığı izləyən iPADlərin, androidlərin zərbəsindən qorunmalıdır. Ona görə qədim fars müdrikləri müasir dövrün vuruşlarına nəzər yetirib yəqin bunu söyləyərdilər: “Rəqibinə sonsuz nifrət edə bilərsən, lakin onun silahlarının aşiqinə çevrilib düşməninə qalib gələ bilməzsən”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600