Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təhsil naziri tələbə adını qazananları təbrik etdi

Təhsil naziri Emin Əmrullayev bu il ali məktəblərə qəbul olunan tələbələri təbrik edib.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:

“Əziz tələbə adını qazanan məzunlarımız,

Sizi bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə tələbəlik həyatında uğurlar arzulayıram.

Məlum olduğu kimi, bu tədris ili üzrə 42 731 nəfər tələbə adını qazanıb. Onlardan 20 799 nəfər dövlət sifarişi (49 faizə yaxın), 21 932 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İki nəfər isə maksimum nəticə göstərib. Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir. Belə ki, onlardan 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi, 10 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanlardır.

Bir daha hər birinizin sevincini bölüşür, sizə daha böyük nailiyyətlər arzulayıram!”

www.yenicag.az

184
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100