!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil Nazirliyi və universitetlərdən qeyri-insani qərar: Türkiyəli tələbələr ölkələrinə dönə bilmirlər – Aqil Bəkir yazır

!Reklam – Yazi

Türkiyədə zəlzələ baş verdikdən sonra gündəmə gələn əsas məsələ bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin geri dönmələriydi. Dağıntılar altında qalaraq can verən tələbələrimizin də imkansızlıq ucbatından tətil günlərini Azərbaycanda keçirə bilmədikləri ilə bağlı söyləntilər vardı. Bunun əsas səbəbi isə AZAL-ın göylə uçan qiymətləri və quru sərhədlərin bağlı olması idi. Təyyarə bileti almağa pulu yetməyən tələbələrimiz əksərən quru yolla ölkəyə üz tuturdular ki, bu da onların büdcələrinə elə də təsir etmirdi, apardığı yalnız vaxt olurdu.

Zəlzələ fəlakəti yaşandıqdan sonra Türkiyənin ali təhsil müəssisələrində tətbiqi dərslərdən başqa, digər bütün dərslərin onlayn keçirilməsinə başlanıldı. Ölkənin Ali Təhsil Şurasının açıqlamalarından belə başa düşmək olur ki, semestr imtahanları da onlayn keçiriləcək. Belə olan halda, azərbaycanlı tələbələrin Türkiyədə qalması üçün heç bir səbəb yoxdur. Bu tələbələr indi Azərbaycana dönməlidirlər, çünki Türkiyədə qaldıqları hər gün onlar üçün baha başa gəlir. Ancaq yuxarıda qeyd etdiyim səbəblərə görə tələbələrin böyük əksəriyyəti hələ də Türkiyədədir və Təhsil Nazirliyinin bu istiqamətdə bir iş gördüyü il bağlı məlumat yoxdur.

Bunları düşündüyüm zaman əldə etdiyim məlumat hazırda oxuduğunuz yazını yazmama səbəb oldu. Bilindiyi kimi, Azərbaycanda da türkiyəli tələbələr təhsil alırlar və onlar arasında zəlzələ bölgəsindən olanlar da var. Ancaq təəssüf ediləsi məqam odur ki, Azərbaycan Təhsil Nazirliyi Türkiyənin zəlzələ baş verən bölgələrindən olan tələbələrin (aralarında yaxınlarını itirənlər də var) ölkələrinə dönmələri üçün heç bir addım atmayıb. Azərbaycan ali təhsil müəssisələrinin də həmin şəxslərin Türkiyəyə qayıtmalarına icazə vermədiyi yönündə məlumatlar var.

Azərbaycanla Türkiyənin qardaşlıq bağlarını bu qədər irəlilətdiyi, xalqların bir-birinə bu qədər yaxınlaşdığı bir vaxtda Təhsil Nazirliyi ilə universitetlərin sözgedən davranışını anlamaq mümkün deyil. Düşünün, Türkiyəyə qayıtmalarına icazə verilməyən tələbələr, onların ailələri Azərbaycan haqqında nə düşünər? Həm də bu tutum elə qətidir ki, Türkiyənin ölkəmizdəki təhsil müşavirliyi belə məsələni çözümə qovuşdura bilməyib.

Hərçənd o böyüklükdə faciədən, tələbələrimizi itirdikdən sonra vəzifəsini başsağlığı mesajı paylaşmaqla bitdiyini zənn edən təhsil nazirimizin məsələni həll edəcəyi düşüncəsinə inancım olmasa da, yazmamaq da olmazdı.

Əl-qərəz, AZAL-la Təhsil Nazirliyinin oyunları təlbələrin başında çartlayır və son çəkdiyim misalda Türkiyə-Azərbaycan qardaşlığına zərbə vurmaqla ictimai rəyə kökündən təsir edir.

www.yenicag.az

1689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv