Təhsil Nazirliyinin bu sınaqdan da çıxa bilmədi

media-hightechnic-468x90

main

8 mart Təhsil Nazirliyinin orta məktəblərə nəzarət edə bilmədiyini ortaya qoydu

Məlahət Mürşüdlü: “Günah əsasən valideynlərdədir”

Məhərrəm Zülfüqarlı: “Nazirlik qadağa qoysa da, problemin həlli üşün ciddi cəhd göstərmir”

Hələ də bir sıra orta məktəblərdə 8 mart  Qadınlar Bayramı ilə bağlı olaraq valideynləri soymaqda davam edirlər. Hətta Təhsil Nazirliyinin bunu qadağan etməsinə rəğmən bu neqativ hal hələlik aradan qaldırılmayıb. Bir çox məktəb rəhbərliyi nazirliyin qadağalarına məhəl qoymur.

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü yenicag.az-a açıqlamasında burada başlıca günahın valideynlərdə olduğunu bildirdi: “Valideynlər bunu etməsinlər,  dirəniş göstərsinlər. Düzdür, bir dəstə gülün bağışlanmasının neqativ hala aidiyyatı yoxdur. Lakin bir valideynin ortaya düşüb direktor üçün pul toplaması bu məsələdə əsasən valideynlərin özlərinin günahkar olduğuna dəlalət edir. İstər köhnə nazirin, istərsə də indiki nazirin zamanında bu istiqamətdə hər il əmrlər verilir.  Amma yenə də həmin alver davam edir. Cəmiyyət buna dirəniş göstərərsə, fəal olarsa məsələ öz həllini tapar.  Prosesdə ictimai qınaq olmalıdır. Təhsil Nazirliyinin bütün ölkə üzrə nəzarət imkanları məhduddur, istər insan resursu və digər resurslar baxımından. Nazirlik bu nəzarəti yerinı yetirə bilmir. Sivil ölkələrdə belə olanda onun köməyinə ictimaiyyət gəlir. Əmr verilibsə, deməli icra olunmalıdır. Demək icra olunmayan hallar da var. Amma bunda günahkar valideynlərin özləridir”.

Ekspert Məhərrəm Zülfüqarlı problemin həllinin əsasən yuxarıdan asılı olduğunu dedi: “Müxtəllif bayramlarda müəllimlərə hədiyə almaq ənənəsi sovet dövründən qalma stereotipdir. Bu ənənənin aradan qaldırılması üçün hər il nazirlik tərəfindən müəyyən göstərişlər verilir. Amma buna baxmayaraq bəzi məktəblərdə hələ də neqativ hal davam etdirilir. Bu isə nazirliyin qadağa qoysa da, onun həlli üçün  ciddi cəhd göstərməməsindən irəli gələn məsələdir. Düzdür, neqativ halı birdən-birə aradan qaldırmaq da mümkünsüzdür. Amma bir sıra məktəblərdə artıq buna çoxdan son qoyulub.  Deməli, nazirlik məsələnin üzərinə daha ciddi şəkildə düşərsə, ona birdəfəlik son qoya bilər”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600