Təhsil sistemində korrupsiya faktı aşkarlanıb

media-hightechnic-468x90

dadbfa449583e361efeb2581f1e069d6Abşeron Rayon Təhsil Şöbəsinin vəzifəli şəxsləri 20 manata alınmış məktəbli geyim formalarının 40 manata satışını təşkil etməkdə şübhəli bilinirlər

Azərbaycanda təhsil sistemində korrupsiya faktı aşkar edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, Abşeron Rayon Təhsil Şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Rayon Təhsil Şöbəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib məktəb direktorlarına qanunsuz göstərişlər verərək rayonda fəaliyyət göstərən orta məktəblərdə 20 manata alınmış məktəbli geyim formalarının 40 manata satışını təşkil etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600