«Təhsil» və «Karyera» sərgisi
Bu gün saat 12:00-da “JW Marriott Absheron Baku” mehmanxanasında 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında Cəsarət Valehov – Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri, Elçin Ağakişiyev – “Sabah” layihəsinin Icra komitəsinin rəhbəri, Bəhruz Hidayətzadə – “Caspian Event Organisers” şirkətinin icraçı direktoru və Xəyal Əliyeva – “Təhsil və Karyera” sərgilərinin meneceri iştirak edirdilər.
Mətbuat konfransında jurnalistlər sərgidə təqdim olunan iştirakçılar, təhsil proqramları və fakültələr, eləcə də yeni ixtisaslar barədə məlumatlandırıldılar. Bu il “Karyera” sərgisi müstəqil layihə kimi və yeni brend altında keçirilir. Bu isə artıq öz müsbət nəticələrini verib və mətbuat konfransının gedişatı əsnasında xüsusilə vurğulandı.
Xatırladaq ki, «Təhsil» və «Karyera» sərgisi 10-12 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcəkdir. (iteca.az)