Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu aparılır

media-hightechnic-468x90

Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb.

Bu barədə Yenicag.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib k, sənəd qəbulu portal.edu.az üzərindən aparılır.

“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali və orta ixtisas təhsil müəssisələrində təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600