Tələbə göldə boğuldu

media-hightechnic-468x90
erefUkraynanın Xarkov şəhərində azərbaycanlı tələbə faciəli şəkildə ölüb.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov  bildirib ki, bu, 1995-ci il təvəllüdlü, Gəncə şəhər sakini Məmmədov Əli Sənan oğludur.

Ə. Məmmədov Xarkov Milli Universitetinin I kurs tələbəsi olub. Mayın 24-ü axşam saatlarına yaxın şəhər yaxınlığındakı göllərdən birinə tələbə yoldaşı ilə çimməyə gedən Ə. Məmmədov göldə boğulub. Bir neçə saatdan sonra onun meyitini xilasedicilər göldən tapıblar.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır və tələbənin meyiti müvafiq ekspertizadan sonra bu günlərdə Azərbaycana yola salınacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600