Tələbə yoldaşını bıçaqladı

media-hightechnic-468x90

загруженное (1)Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb. Şəki rayon sakini, Gəncə Dövlət Universitetinin 1-ci kurs tələbəsi, 17 yaşlı Orxan Qarayev mübahisə etdiyi tələbə yoldaşı, Ağdaş rayon sakini, 18 yaşlı Toğrul Mirzəyevi bıçaqlayıb.

T. Mirzəyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tələbənin vəziyyətinin ağır olduğu bildiriblər.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600