!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telefon sevdası ilə canından olacaqdı: 7 saat başıaşağı qaldı – FOTO

!Reklam – Yazi

Avstraliyanın Hunter Vadisində itmiş telefonunu qayaların arasından çıxarmağa çalışan qadın etdiklərinin bədəlini ağır ödəyib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, iki böyük qaya arasında 3 metrlik boşluqda qalan 23 yaşlı qadın polis, təcili yardım, yanğınsöndürmə briqadası və könüllü xilasetmə qruplarının 7 saatlıq çalışmasından sonra xilas edilib.

Təcili yardım və xilasetmə qrupları gənc qadına hərəkətsiz qalmağı tövsiyə edib. Hərəkət etsə, çuxurdan daha da aşağı sürüşə biləcəyindən və ona yetişməyin daha da çətinləşəcəyindən narahat olan komandalar onun uzun müddət başıaşağı dayanması və əzalarına həddindən artıq təzyiq göstərməsi təhlükəsini də nəzərə alıblar.

Xilasedicilərin əvvəlcə bir ayağına, sonra isə digər ayağına çatması üçün kifayət qədər daşları təmizləmək saatlarla çəkib.

Yarıqdan çıxarılarkən ayaq üstə durmaqda çətinlik çəkən qadın müşahidə üçün xəstəxanaya aparılıb. Lakin onun telefonunu qayalar arasından xilas etmək mümkün olmayıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

120
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv