Bu səhər telefonlara gələn zəlzələ xəbərdarlığı yenidən insanlar arasında təşvişə səbəb olub. Baxmayaraq ki, məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur. Baş verən hadisə “Yaxın günlərdə Azərbaycanda zəlzələ gözlənilirmi” sualını gündəmə gətirib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı Yenicag.az-a açıqlamasında zəlzələnin dəqiq proqnozunun olmadığını bildirib:
“Zəlzələnin dəqiq proqnozu yoxdur. Onsuz da hər gün hiss olunmayan xırda təkanlar olur. Hansı ki, onun yer səthinə gəlib çatması mümkün deyil. Amma Azərbaycan özü seysmik baxımdan aktiv zonada yerləşir.Seysmik zonalarda vaxtaşırı hiss olunan və ya zəif hiss olunan zəlzələlər də ola bilir. Yəni zəlzələnin dəqiq vaxtı, yeri və gücünü heç kim dəqiq deyə bilməz. Dəqiq proqnoz yoxdur. Heç kim deyə bilməz ki, zəlzələ olacaq, ya olmayacaq. Bu gün Türkmənistanda olan zəlzələnin isə Azərbaycanla heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,2 bal gücündə zəlzələ baş verib.
Cəvahir
www.yenicag.az