Telekanallar sərt şəkildə qanunu pozur

media-hightechnic-468x90

040400033457“Telekanallardakı bir sıra verilişlərdə baş sponsor və sponsorların geniş şəkildə təqdimatı zamanı ilə qanunvericiliyin tələbləri pozulur”.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələrində qeyd olunub. Monitorinqin nəticələrinə əsasən, sponsorluqla bağlı nöqsanlar telekanalların efir fəaliyyətində ən çox müşahidə olunan problemlərindəndir: “Bəzən anonslarda sponsorların adları çəkilir və göstərilir ki, bu da sponsorun reklamı, əslində gizli reklamı olmaqla “Televiziya və radio yayımı haqqında” Qanunun 35.2-ci maddəsinin pozulması deməkdir. Təəssüf ki, bu cür hallar telekanallarda tez-tez baş verir. Təəccüblüdür ki, dövlət büdcəsindən maliyyələşən İTV-də də yayımlanan bəzi verilişlərdə sponsor təqdimatı təfsilatıyla və tez-tez təkrar olunur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600