Təlim zamanı təyyarə hərbçiləri atəşə tutub

media-hightechnic-468x90

ABŞ-ın Nyu-Meksiko ştatında Hərbi Hava Qüvvələrinə məxsus bazada təlim zamanı baş vermiş insidentdə bir amerikalı hərbi qulluqçu ölüb.

Bu barədə Yeniçağ.Az “TASS” agentliyinə istinadən xəbər verir.

“Associated Press”in verdiyi məlumatına görə, iki “F-16” qırıcısı Holloman bazasında təlim zamanı səhvən “hava-yer” sinfli bir neçə raket buraxıb. Nəticədə bir hərbi qulluqçu həlak olub, daha biri isə yaralanıb.

Yaralı hərbçi dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin sabit olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa