“Tənqidi oxu” layihəsi çərçivəsində metodik vəsait işıq üzü GÖRDÜ - FOTO
“Tənqidi oxu – analitik təfəkkürün inkişafına dair təşəbbüslər” adlı layihə çərçivəsində çap olunan metodik vəsaitin təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə 23 avqust 2025-ci il tarixində Bakı şəhərində “Tənqidi oxu”-analitik təfəkkürün inkişafına dair təşəbbüslər qrant layihəsi çərçivəsində çap olunan metodik vəsaitin təqdimatı keçirilib.
Hazırlanmış metodik vəsaitdə oxuyub-anlamaya aid 5 müxtəlif tədris metodu təqdim olunmuş, hər birinə dair 3 mətn nümunəsi və onlara uyğun tapşırıqlar verilmişdir. Vəsaitdə müxtəlif oxu üsullarının pedaqoji prosesdə tətbiqi ilə bağlı müəllimlərə verilən praktik tövsiyyələr də yer alır.
Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar və metodik vəsait təqdim olunub.
Ayrıca tədbir zamanı yeni üzvlərə üzvlük vəsiqələri verilib.