!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlı Heydər Əliyevin abidəsi və Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdi - Ankarada - FOTO

!Reklam – Yazi

 

Azərbaycandan bir qrup nümayəndə heyəti Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirmək üçün Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin üzvü Tənzilə Rüstəmxanlı, Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova və “Yeni Çağ” Media Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər Ulu öndər Heydər Əliyevin Batıkənd rayonundakı abidəsini ziyarət edib.

Ümummilli liderin abidəsinin önünə gül dəstələri düzən heyət onun ruhuna ehtiramlarını bildirib.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin “Əsri” məzarlığındakı qəbri ziyarət olunub. Heyət Rəsulzadənin məzarı önünə gül dəstələri düzüb.

Qeyd edək ki, heyətin təşkilatçılığı ilə Qazi Universitetində “Dinməyə ağrı: Xocalı soyqırımı” adlı beynəlxalq simpozium keçirilib.

www.yenicag.az

78
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv